Bank Of Baku

Bakı Neft Emalı Zavodunda yeni kollektiv müqavilə bağlanacaq

Bakı Neft Emalı Zavodunda yeni kollektiv müqavilə bağlanacaq
# 18 avqust 2011 16:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni kollektiv müqavilənin bağlanması ilə əlaqədar qərar qəbul edilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, sənəd Əmək Məcəlləsinə uyğun olaraq, ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2011-2013-cü illər üçün bağlanmış Sahə (tarif) Kollektiv Sazişə əsaslanaraq hazırlanacaq. Bu məqsədlə danışıqların aparılması üçün işəgötürən (zavod rəhbərliyi) və Həmkarlar İttifaqı Komitəsinin nümayəndələrindən ibarət səlahiyyətli komissiya yaradılıb. Komissiya kollektiv müqavilədə qarşılıqlı maraqlar əsasında, əmək kollektivinin iş şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, mühafizəsi, sosial müdafiənin gücləndirilməsi üzrə birgə fəaliyyətin müəyyən edilməsi və həyata keçirilməsi məqsədi ilə lazımi tədbirlərin öz əksini tapması istiqamətində işə başlayıb.

Artıq kollektiv müqavilənin ilkin layihəsi hazırlanıb və zavodun çoxtirajlı «Neftayıran» qəzetində çap olunaraq zavodun bütün struktur vahidlərinə paylanıb. Neft emalçıları zavodun istehsalat, sex və sahələrində keçirilən yığıncaqlarda müqavilənin hər bir maddəsini müzakirə edir və təkliflərini irəli sürür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR