Bank Of Baku

KfW Azərbaycanda yeni enerji layihəsinin icrasına hazırlaşır

KfW Azərbaycanda yeni enerji layihəsinin icrasına hazırlaşır
# 19 avqust 2011 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya İnkişaf Bankı (KfW) Azərbaycanda bərpa olunan enerji sahəsində layihə həyata keçirəcək. Bu barədə «APA-Economics»ə Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, «Külək Elektrik Stansiyası» adlanan layihə KfW və Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçiriləcək: «Artıq layihə çərçivəsində bankın məsləhətçilərdən ibarət missiyasının Azərbaycana səfəri başa çatıb. Hazırda layihəyə dair tərəflər arasında danışıqlar aparılır. Biz layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair icazəni gözləyirik ki, cari ilin sonunadək sözügedən əsaslandırmanın hazırlanmasına dair tenderin elan olunması gözlənilir».

N.Abdullayev onu da bildirib ki, layihə ölkədə iri külək stansiyasının tikintisini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR