Bank Of Baku

«Günəşli» yatağında yeni quyu qazılır

«Günəşli» yatağında yeni quyu qazılır
# 20 avqust 2011 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «SOCAR AQŞ» Müştərək Müəssisəsi Xəzərin dəninizin milli sektorunda yerləşən «Günəşli» yatağındakı 13-cü özüldən 46 nömrəli quyuda qazma işlərini davam etdirir.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Econonmics»ə verilən məlumata görə, layihə dərinliyi 4050 metr olan quyu Qirməki Altı Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 25 ton neft və 200 min kubmetr qaz hasil ediləcək.

Qeyd edək ki, quyuda istismar işləri «28 May» Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR