Bank Of Baku

Azərbaycan və Koreyanın milli neft şirkətləri arasında xam neftin saxlanılmasına dair müqavilə imzalanıb

Azərbaycan və Koreyanın milli neft şirkətləri arasında xam neftin saxlanılmasına dair müqavilə imzalanıb
# 20 avqust 2011 09:37 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iki ölkə arasında yüksək səviyyəli əlaqələrin yarandığını və bu görüşün münasibətlərin gələcək inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın yeni neft strategiyası haqqında danışan X.Yusifzadə ölkədə həyata keçirilən regional əhəmiyyətli iri neft-qaz layihələrinin icrasında ARDNŞ-in rolunu qeyd edib.

Öz növbəsində M.H.Baik təmsil etdiyi şirkətin Koreyada və xarici ölkələrdə həyata keçirdiyi fəaliyyət haqqında danışıb, qazandıqları uğurlarla ARDNŞ rəhbərliyini tanış edib.

Daha sonra ARDNŞ rəhbərliyinin iştirakı ilə «SOCAR Trading» şirkətinin Sinqapur ofisi və Koreya Milli Neft Korporasiyası arasında xam neftin saxlanılmasına dair müqavilə imzalanıb. Bildirilib ki, 2 il müddətinə (daha 1 il uzadılmaq imkanı ilə) imzalanan bu müqavilə «SOCAR Trading» şirkətinə 5,3 mln. barel həcmində neftini Koreyadakı neft anbarlarında saxlamaq imkanı verəcək.

Qeyd edək ki, tədbirdə ARDNŞ-in vitse prezidentləri Rəhman Qurbanov və Davud Məmmədov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR