Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını artırıb

Azərbaycan neft məhsullarının istehsalını artırıb
# 22 avqust 2011 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalında 4,6% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk yeddi ayı ərzində 703,4 min ton avtomobil benzini, 354,7 min ton ağ neft, 1,4 mln. ton dizel yanacağı istehsal olunub: «Ötən ilin eyni dövrünə nisbətən avtomobil benzininin istehsalı 0,7% azalıb, ağ neft istehsalı 2,5% artıb, dizel yanacağının istehsalı isə ötən ilin səviyyəsində qalıb».

Eyni zamanda, sürtgü yağlarının istehsalında 33%, neft bitumunda 11,8%, ilkin emal benzinində 15,4% artım müşahidə olunub.

Hesabat dövründə neft emalı müəssisələrinin anbarlarında 47,4 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 18,6%-i qədər hazır məhsul olub. Ötən ilin yanvar-iyul aylarına nisbətən hazır məhsul ehtiyatının həcmi 2,2% artıb.

Bununla yanaşı, 2011-ci il avqustun 1-i vəziyyətinə əsas istehlakçılarda 258,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,7% az mazut yanacağı, 18,8 min ton və ya 6% az avtomobil benzini, 17,8 min ton və ya 16,3% çox dizel yanacağı, 12,3 min ton və ya 36,9% az aviasiya üçün və sair ağ neft, 2,2 min ton və ya 46,7% çox maye qaz, 2,3 min ton və ya 27,8% çox sürtgü yağları, 8,5 min ton və ya 16,4% çox daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR