Bank Of Baku

Bakıda enerji statistikasına dair beynəlxalq seminar keçiriləcək

Bakıda enerji statistikasına dair beynəlxalq seminar keçiriləcək
# 22 sentyabr 2011 12:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 27-30-da Bakıda enerji statistikasına dair beynəlxalq seminar keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri Yusif Yusifov bildirib.

Onun sözlərinə görə, seminarda BMT, Beynəlxalq Enerji Agentliyi, bir sıra digər beynəlxalq təşkilatlar və xarici ölkələrin statistika mütəxəssisləri iştirak edəcəklər. Seminarda enerji statistikası, o cümlədən ölkələrin enerji balanslarının tərtibi, onların eyni standartlara uyğun olması zərurəti, bu sahədə beynəlxalq əməkdaşlıq kimi məsələlər geniş müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR