Bank Of Baku

DEPA şirkətinin prezidenti: “Botaş”la fikir ayrılıqlarımız Azərbaycan qazının ixracına mane olmayacaq - MÜSAHİBƏ

DEPA şirkətinin prezidenti: “Botaş”la fikir ayrılıqlarımız Azərbaycan qazının ixracına mane olmayacaq - <font color=red>MÜSAHİBƏ</font>
# 22 sentyabr 2011 12:28 (UTC +04:00)
- ITGI layihəsinin reallaşdırılması ilə bağlı işlər hansı mərhələdədir?

- Əsas nailiyyətlərdən biri odur ki, 8 ay ərzində dəniz dibinin detallı öyrənilməsini başa çatdırdıq. Bu isə o deməkdir ki, əlimizdə boru kəmərinin hansı dərinlikdən keçəcəyinə dair ətraflı məlumatlar var. Layihənin nə dərəcədə irəliləməsinin göstəricilərindən biri də budur. Faktiki olaraq biz kəmərin tikintisinə başlamaq üçün bütün zəruri razılaşma və lisenziyaları əldə etmişik. Azərbaycan qazının Türkiyə vasitəsilə tranziti 10 mlrd. kubmetr həcminə çatarsa, kəmərin tikintisinə elə bu gün də başlaya bilərik.

- Yəni layihənin reallaşması plan üzrə gedir?

- Əlbəttə. Bu, hazırda digər layihələrlə müqayisədə ən mütərəqqi layihədir. ITGI sistemi iki layihədən ibarətdir. Bunlardan birincisi Bolqarıstana IGB interkonnektorunun tikintisidir. Onun reallaşdırılması 2014-cü ilə planlaşdırılsa da, biz daha tez müddətdə başa çatdırmağa çalışırıq. Əgər Azərbaycan qazı Türkiyə ərazisi ilə nəql olunmağa başlasa, bu layihə böyük ehtimalla 2013-cü ilin sonu - 2014-cü ilin əvvəlinə reallaşdırılacaq. Bununla da Azərbaycan qazı Bolqarıstana və digər Cənub-Şərqi Avropa ölkələrinə nəql olunacaq. Bundan başqa, bizim “yol xəritə”mizə əsasən, “Şahdəniz-2” layihəsinin ehtiyatları istifadəyə verilsə, İtaliyaya 10 mlrd. kubmetr qaz nəql edə bilərik. Xəzər regionundan nəql olunan enerjidaşıyıcılarının həcmi ilə Avropanın tələbatı arasında balans yaratmaq vacibdir. Hazırda Avropada enerjidaşıyıcılarına tələbat var və bu tələbatı ödəyən mənbələrdən biri 2017-2018-ci illərdə “Şahdəniz” olacaq. Digər mənbələrdən biri - “Abşeron” və başqa ehtimal olunan qaz yataqlarında yalnız 2020-2022-ci illərdən sonra hasilata başlanacaq. Transxəzər qaz kəmərinin nə vaxt çəkiləcəyi və ümumiyyətlə, çəkilib-çəkilməyəcəyi ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Bu istiqamətdə səylər göstərilsə də, situasiya hələ də qeyri-müəyyəndir. Prosesə Azərbaycan qazının Avropaya nəqlinə imkan verən layihədən başlamaq lazımdır. Bu, həm Azərbaycan üçün, həm də hamı üçün çox vacibdir. Hesab edirəm ki, 10 mlrd. kubmetr qaz həcmi ITGI sisteminə ideal şəkildə uyğun gəlir. Çoxsaylı enerji təchizatı mənbələri - Azərbaycanda yeni yataqlar, Türkmənistandan və ehtimal olunur ki, İraqdan qaz - ortaya çıxarsa, o zaman irihəcmli boru kəmərinin, məsələn, “Nabucco”nun tikintisinin zəruriliyi şərtləri də formalaşacaq. “Şahdəniz” konsorsiumu indi 10 mlrd. kubmetr qazı necə bölüşdürmək barədə qərar verməlidir. Yeni yataqların işlənməsi ilə əlaqədar 3-4 ildən sonra böyük qaz həcmi ilə bağlı daha bir qərar qəbul olunacaq.

- Son vaxtlar DEPA və “Botaş” arasında fikir ayrılıqları yaranıb...

- DEPA və “Botaş” arasında heç bir problem yoxdur, fərq yalnız bəzi məsələlərə münasibətdə qiymətlə bağlıdır. DEPA və “Botaş” arasında müqavilə var, onunla əlaqədar heç bir problem yoxdur. Biz qazın dəyərinə yenidən baxmaqla “Botaş”a cəlbedici qiymətlərlə ödəniş edə bilərik. Lakin onlar tranzit haqqına əhəmiyyətli dəyişikliklər təklif edirlər. müqaviləyə əsasən, onların belə bir hüququ yoxdur. Biz onlara 250 mln. dollar ödəyəcəyik. Bu məsələni arbitraj məhkəməsi həll edəcək. Bizim “Botaş” şirkəti il çox gözəl münasibətlərimiz var, bu isə fikir ayrılığıdır ki, tezliklə həll ediləcək.

- DEPA və “Botaş” arasındakı çəkişmə Azərbaycan qazının ixracına və Türkiyə ilə tranzit danışıqlarına təsir edə bilərmi?

- Heç bir halda bu baş verməyəcək. Kimsə bunu bəyan edirsə, bəhanədir. Bu, yalnız müqavilənin hansısa bəndinə dair fikir ayrılığıdır və “Botaş” başqa cür düşünürsə, arbitraj məhkəməsinə müraciət edə bilər. biz bu məsələni iki yaxşı biznes-tərəfdaş kimi həll edəcəyik. Bunun danışıqlara təsir edəcəyini iddia etmək isə bəhanədir.

- ARDNŞ DEPA_nın özəlləşdirilməsində sonra şirkətin səhmlərini almaqda maraqlı olduğunu bildirib. Şirkətin özəlləşdirilməsi prosesinə nə vaxt başlanacağı planlaşdırılır?

- Biz özəlləşdirilməsi prosesinə oktyabr ayında başlanacağın güman edirik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR