Bank Of Baku

ARDNŞ: «Abşeron» strukturunda aparılan geofiziki işlər burada böyük qaz ehtiyatlarının olmasından xəbər verir

ARDNŞ: «Abşeron» strukturunda aparılan geofiziki işlər burada böyük qaz ehtiyatlarının olmasından xəbər verir
# 22 sentyabr 2011 12:47 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, quyunun bu dərinlikdə qazılması həm hasilat lay dəstəsinin, həm də Balaxanının 6-cı və 8-ci horizontlarını aşkar edib: «Burada aparılan geofiziki işlər strukturda böyük qaz ehtiyatlarının olmasından xəbər verir. Yaxınlarda quyuya kəmər buraxılacaq, daha sonra yoxlanılmasına başlanacaq, ondan sonra isə ola bilsin ki, quyu bir qədər də (200-300 metr) dərinləşsin».

X.Yusifzadə onu da bildirib ki, «Total» şirkəti burada 4 min metr dərinlikdən maili quyu qazmaq niyyətindədir: «Bu da kəşfiyyat işlərinin əhatə etdiyi sahəni daha 1 500 metr genişləndirəcək. Qazıntı işlərinə bu il başlanacaq».

Qeyd edək ki, 2011-ci il sentyabr ayının əvvəlində «Total» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» strukturunda iri qaz yatağının aşkar edildiyini açıqlayıb. «Abşeron» strukturu Bakıdan 100 km cənub-şərqdə, təqribən 6 550 metr dərinlikdə yerləşir. «Abşeron» yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Strukturdan ilk qazın 2020-2022-ci ildə hasil ediləcəyi gözlənilir. Yatağın qaz ehtiyatları 350 mlrd. kubmetr, kondensat ehtiyatları isə 45 mln. ton təşkil edir.

Xatırladaq ki, «Total» şirkətinin törəmə qurumu olan «Total EP Absheron» (40%) bu strukturun işlənməsi layihəsində ARDNŞ (40%) və «GDF SUEZ» şirkətləri (20%) ilə birgə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR