Bank Of Baku

Azərbaycanda üzən qazma qurğuları qıtlığı yaranıb

Azərbaycanda üzən qazma qurğuları qıtlığı yaranıb
# 22 sentyabr 2011 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üzən qazma qurğularının yetərli sayda olmaması bir çox perspektiv strukturlarda işlərin aparılmasında çətinlik yaradır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ-ın «İstiqlal» və «Dədə Qorqud» qurğuları «BP-Azerbaijan» tərəfindən istismar olunur: «Yaxın zamanlarda Şirkətin Heydər Əliyev adına qazma qurğusu da «BP-Azerbaijan» şirkətinin istifadəsinə veriləcək. Ümumiyyətlə, bizim üzən qazma qurğularının kifayət qədər olmaması «Abşeron», «Umid» və «Babək» kimi perspektiv strukturlarda işlərin aparılmasında müəyyən çətinliklər yaradır. Bu çətinlikləri aradan qaldırılmaq üçün iki yeni üzən qazma qurğusu inşa olunacaq ki, bu da təxminən iki il çəkəcək».

ARDNŞ rəsmisi həmçinin bildirib ki, «BP-Azerbaijan» şirkətinin işlərində müəyyən fasilələr yaranarsa, ARDNŞ onlara verilən qurğulardan istifadə edəcək: «Eyni zamanda, öz qurğularımızdan birini də təmir etmək niyyətindəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR