Bank Of Baku

Azərbaycan seçəcəyi Avropaya qaz ixracı marşrutunu tam təmin edəcək

Azərbaycan seçəcəyi Avropaya qaz ixracı marşrutunu tam təmin edəcək
# 22 sentyabr 2011 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropaya qaz ixracı marşrutu ilə bağlı ediləcək seçimdən asılı olmayaraq, Azərbaycan həmin kəməri hasil etdiyi qazla təmin edə biləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,550 trln. kubmetr təşkil edir: «Bununla yanaşı, 2025-ci ildə Azərbaycanda qaz hasilatı 50 mlrd. kubmetrə çatdırılacaq ki, onun 11-12 mlrd. kubmetri Azərbaycanın daxili tələbatının ödənilməsinə yönəldiləcək.
Qalan hissəni isə Azərbaycan «Nabucco», ITGI və s. nəqletmə layihələrindən ediləcək seçimdən asılı olmayaraq satmalıdır. Hər hansı layihəyə qoşulmaq üçün kifayət qədər qaz ehtiyatımız var».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR