Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri bolqarıstanlı həmkarını qəbul edib

Azərbaycanın sənaye və energetika naziri bolqarıstanlı həmkarını qəbul edib
# 22 sentyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bolqarıstanın iqtisadiyyat, turizm və energetika naziri Trayço Traykovla görüşüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin “APA-Economics”ə verdiyi məlumata görə, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə N.Əliyev Azərbaycanın energetika sahəsində cari vəziyyəti, əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Qeyd edək ki, 2009-cu il noyabrın 13-də Azərbaycan Sənaye və Energetika Nazirliyi və Bolqarıstan İqtisadiyyat, Turizm və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu memorandumun çərçivəsində iki ölkə arasında energetika sahəsində əməkdaşlığı üzrə bir sıra tədbirlər həyata keçirilib və işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR