Bank Of Baku

Azərbaycanın sənaye və energetika nazirinin müavini ispaniyalı senatorla görüşüb

Azərbaycanın sənaye və energetika nazirinin müavini ispaniyalı senatorla görüşüb
# 22 sentyabr 2011 14:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov İspaniya Deputatlar Konqresinin nümayəndəsi senator Luis Praqanla görüşüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin “APA-Economics”ə verdiyi məlumata görə, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə N.Abbasov Azərbaycanın energetika sənayesinin inkişafı barədə məlumat verib.

L.Praqan bildirib ki, 2012-ci ilin yanvar-fevral aylarında İspaniyanın biznes qurumların nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır. Səfər zamanı həmçinin biznes-forumun keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR