Bank Of Baku

Azərbaycanda boru kəmərləri ilə neftin nəqli azalıb

Azərbaycanda boru kəmərləri ilə neftin nəqli azalıb
# 23 sentyabr 2011 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 31,8 mln. ton və ya ötən ilin analoji ayı ilə müqayisədə 3,6% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,3%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 24,3 mln. ton neft ötürülüb ki, 2010-cu ilin yanvar-avqust ayları ilə müqayisədə bu göstərici 4% azalıb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,4 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 12,4 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu göstərici 5,5% artıb. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 3 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2010-cu ilin yanvar-avqust aylarına nisbətən 16,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR