Bank Of Baku

Son 20 ildə Azərbaycanda 413 mln. ton neft hasil olunub

Son 20 ildə Azərbaycanda 413 mln. ton neft hasil olunub
# 24 sentyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Son 20 il ərzində Azərbaycanda 413 mln. tona yaxın xam neft hasil olunub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın müstəqilliyinin 20-ci illiyinə həsr olunmuş tədbirdə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Azərbaycanın neft sənayesinin tarixindən danışan N.Əliyev 1901-ci ildə Azərbaycanda 10,8 mln. ton neft hasil edildiyini bildirib: «Həmin dövrdə bu hasilat dünya neft hasilatının 50%-ni təşkil edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hasilat və kəşfiyyat işləri daha da sürətlənib, neft sənayesi ilə yanaşı sənaye sektoru da sürətlə inkişaf etməyə başlayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1994-cü ildə «Əsrin müqaviləsi» bağlandıqdan sonra ölkə iqtisadi inkişafa nail olub».

Tədbirdə N.Əliyev daha sonra Azərbaycanın mövcud enerji layihələri haqqında məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR