Bank Of Baku

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 24 sentyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 29-da Bakıda Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Azərbaycan Sənaye və Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumatagörə, iclasda iştirak etmək üçün komissiyanın həmsədri, Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti Bakıya gələcək.

İclasda ikitərəfli iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının bundan əvvəlki iclası 2010-cu ilin noyabrında Astanada keçirilib və həmin iclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə dair təkliflər irəli sürülüb. Həmçinin, iclasda neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. İclas çərçivəsində hökumətlərarası komissiyanın həmsədri, sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qazaxıstanın baş naziri Kərim Məsimov ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR