Bank Of Baku

Azərbaycanın emal bölməsində məhsul istehsalı 10% artıb

Azərbaycanın emal bölməsində məhsul istehsalı 10% artıb
# 26 sentyabr 2011 08:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan sənayesinin emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3,8 mlrd. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə emal bölməsində istehsal olunmuş məhsulların və göstərilmiş sənaye xarakterli xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% artıb.

«Bu sahədə istehsalın daha çox hissəsi qida məhsullarının istehsalının payına düşüb. Əksər qida məhsullarının istehsalında artım müşahidə olunub. Onlardan kolbasa məmulatları istehsalı 6,7% artaraq 1,3 min ton, pendir və kəsmik istehsalı 2,2% artaraq 29,5 min ton, ət 4,6% artaraq 171,7 min ton, süd 5,4% artaraq 471,9 min ton, kərə yağı 0,8% artaraq 14 min ton, qənd və şəkər tozu 16% artaraq 227,2 min ton təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR