Bank Of Baku

Lənkəranın bir neçə yaşayış məntəqəsinə təbii qazın nəqlində fasilə yaranıb

Lənkəranın bir neçə yaşayış məntəqəsinə təbii qazın nəqlində fasilə yaranıb
# 26 sentyabr 2011 14:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonun bir neçə yaşayış məntəqəsinə təbii qazın verilişi 4 gündür ki, dayandırılıb.

Yerli sakinlərin APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Liman şəhərinə, Şağlaser, Xarxatan, Vilvan və Separadi kəndlərinə təbii qazın verilməsi sentyabrın 23-dən xəbərdarlıq edilmədən kəsilib.

Lənkəran Qaz İstismar Sahəsindən isə bildiriblər ki, sözügedən yaşayış məntəqələrinə mavi yanacağın verilişinin dayandırılması qaz xətlərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Bu işlər başa çatdıqdan sonra həmin kəndlərə təbi qazın nəqli bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR