Bank Of Baku

İtalyanlar Liviyada neft hasilatını bərpa edib

İtalyanlar Liviyada neft hasilatını bərpa edib
# 26 sentyabr 2011 14:25 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyanın “Eni” neft-qaz şirkəti Liviyada neft hasilatını bərpa etdiyini bəyan edib. “APA-Economics”in xəbərinə görə, şirkət bununla bağlı rəsmi açıqlama yayıb.

Hasilat Liviya Milli Neft Korporasiyası və italyanların yaratdığı birgə müəssisə tərəfindən Benqazi şəhərindən 300 km məsafədə yerləşən Əbu Attifel yatağında bərpa olunub. Hazırda gündəlik neft hasilatı 31,9 min barel təşkil edir.

Qeyd edək ki, vətəndaş müharibəsi ilə nəticələnən inqilabdan öncə Liviyada gündəlik hasilat 1,6 mln. barel olub. Liviya Avropanın əhəmiyyətli hissəsini, xüsusən İtaliyanı neftlə təmin edib. Lakin vətəndaş müharibəsi başlayandan sonra xarici neft şirkətləri ölkəni tərk etmək məcburiyyətində qalıb. Bu səbəbdən Liviyada neft hasilatı kəskin şəkildə aşağı düşüb və dünya birjalarında neftin qiyməti bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR