Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını 5% artırıb

Azərbaycan neft məhsullarının istehsalını 5% artırıb
# 26 sentyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalında 5,4%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 820,8 min ton avtomobil benzini, 418,1 min ton ağ neft, 1,6 mln. ton dizel yanacağı istehsal olunub: «Sürtgü yağlarının istehsalında 28,5%, neft bitumunda 9,5%, ilkin emal benzinində 15,7% artım müşahidə olunub».

Neft emalı müəssisələrinin anbarlarında 60,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 24,9%-i qədər hazır məhsul olub ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 56% çoxdur.

Eyni zamanda, 2011-ci il sentyabrın 1-i vəziyyətinə əsas istehlakçılarda 258,7 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,9% az mazut yanacağı, 17,9 min ton və ya 7,2% çox avtomobil benzini, 16,8 min ton və ya 8,4% çox dizel yanacağı, 7,2 min ton və ya 44,6% az aviasiya üçün və sair ağ neft, 1,7 min ton və ya 30,8% çox maye qaz, 1,8 min ton və ya 28,6% çox sürtgü yağları, 8,5 min ton və ya 1,2% az daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR