Bank Of Baku

Azərbaycanda neftayırma sənayesinin inkişafına 20 mlrd. dollar investisiya yatırılacaq

Azərbaycanda neftayırma sənayesinin inkişafına 20 mlrd. dollar investisiya yatırılacaq
# 27 sentyabr 2011 07:44 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə bu gün Sənaye və Energetika Nazirliyinin təşkilatçılığı Bakıda keçirilən “Azərbaycanın dövlət müstəqilliyi: Sənaye-energetika kompleksi yeni zirvələrə doğru” adlı dəyirmi masada çıxış edən sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazir qeyd edib ki, hazırda ölkənin neftayırma sahəsinin inkişafına dair yeni proqram hazırlanır və yaxın 2 ildə icrasına başlanacaq. N.Əliyev son 20 ildə ölkənin, o cümlədən sənaye, neft-qaz, neftayırma, kimya sahələrinin inkişafından danışıb, bu dövr ərzində yeni yataqların kəşfi haqqında məlumat verib, “Əsrin müqaviləsi”nin əhəmiyyətindən söz açıb: “90-cı illərin əvvəllərində ölkədə il ərzində 9 mln. ton neft hasil olunurdusa, hazırda bu göstərici 5,5 dəfə art 50 mln. tona çatıb. Artım gələcəkdə qaz hasilatında da qeydə alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR