Bank Of Baku

Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçirilir

Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçirilir
# 27 sentyabr 2011 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda BMT-nin Statistika Şöbəsi və Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş enerji statistikası üzrə beynəlxalq seminar işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə BMT-nin Statistika Komissiyanın 2011-ci il fevral ayında keçirilmiş 42-ci sessiyasında qəbul edilmiş «Enerji statistikasına dair beynəlxalq tövsiyələr»in təcrübədə tətbiqi məsələləri və BMT və Enerji statistikası üzrə Oslo Qrupu tərəfindən hazırlanmaqda olan «Enerji statistikasının aparılmasına dair vəsait» müzakirə olunur.

Seminarın açılışında çıxış edən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bəyan edib ki, enerji statistikası neft-qaz hasil edən və elektrik enerjisi istehsal edən ölkə olan Azərbaycan üçün çox vacib məsələdir. Onun sözlərinə görə, enerji statistikası daim tənzimlənməsi tələb olunan sahədir və bu baxımdan seminarın keçirilməsi böyük əhəmiyyət daşıyır.

Seminarın gündəliyinə uyğun olaraq enerji statistikası ilə bağlı konseptual çərçivə, hüquqi baza və institusional tədbirlər, təsnifatlar, məlumat mənbələri və onların toplanması, enerji balansının qurulması, enerji göstəriciləri, məlumatların keyfiyyəti, məlumatların yayılması və sair mövzular üzrə çıxışlar və ayrı-ayrı ölkələrin təcrübələri haqqında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, 4 gün davam edəcək tədbirdə BMT, Beynəlxalq Enerji Agentliyi və Böyük Britaniyanın mütəxəssisləri, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistan milli statistika qurumları və enerji sahəsində dövlət orqanları, həmçinin Azərbaycanın əlaqədar nazirlik və digər təşkilatlarından mütəxəssislər iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR