Bank Of Baku

ABŞ tədqiqat reaktorunun tikintisi üçün Ukraynaya 60 mln. dollar ayırıb

ABŞ tədqiqat reaktorunun tikintisi üçün Ukraynaya 60 mln. dollar ayırıb
# 27 sentyabr 2011 10:39 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Ukraynaya 2014-cü ilədək ölkədə tibbi izotopların istehsalının təşkili üçün 60 mln. dollardan çox maliyyə və texniki yardım göstərəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ABŞ dövlət katibi Hillari Klinton və Ukrayna xarici işlər naziri Konstantin Qrişenko nüvə əməkdaşlığı məsələlərində qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

Sənədə əsasən, ABŞ artıq müəyyənləşdirilmiş qrafikə əsasən Ukraynada 2012-ci ilin martında neytronlar mənbəyinin tikintisinə və 2014-cü ildə işə salınmasına maliyyə-texniki dəstəyi göstərmək niyyətində olduğunu təsdiq edib: “Neytronlar mənbəyi yeni tədqiqat imkanlarından başqa, xərçəng və digər xəstəliklərin müalicəsində istifadə olunacaq 50 növ tibbi izotop istehsal edəcək. Gözlənilən maliyyə və texniki yardımın həcmi 60 mln. dollardan çox olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR