Bank Of Baku

ABŞ dollarının möhkəmlənməsi neftin ucuzlaşmasına səbəb olub

ABŞ dollarının möhkəmlənməsi neftin ucuzlaşmasına səbəb olub
# 03 iyul 2012 07:26 (UTC +04:00)
Bakı – APA-Economics. Neft fyuçerslərinin qiymətində azalma müşahidə olunur. “APA-Economics”in xəbərinə görə, bunun əsas səbəbi kimi “Forex” beynəlxalq valyuta birjasında ABŞ dollarının mövqeyinin möhkəmlənməsi göstərilir.

Avropa Birliyinə daxil olan ölkələrin liderlərinin ötən həftə Brüsseldə keçirilən sammitindən sonra neftin qiymətində orta hesabla 7 dollar bahalaşma qeydə alınıb. İyunun 29-da London “InterContinental Exchange” birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 6,44 dollar artaraq 97,80 dollar təşkil edib. “New York Mercantile Exchange” (NYMEX) WTI markalı neftin qiyməti avqustda icra olunmaqla 7,27 dollar artaraq 84,96 dollara yüksəlib.

İyulun 2-də isə Tokio Ticarət Birjasında (TOCOM) “Middle East Crude Oil” fyuçersinin qiyməti noyabrda icra olunmaqla 93,55 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR