İstismara verildiyi tarixdən indiyədək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə ümumilikdə 99.6 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan həcmində 39.6 milyard kubmetri Türkiyəyə ixrac edilib.
Bilsirilir ki, Bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılmasından 8 il ötür.
"Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliynin təmin edilməsində əvəzolunmaz infrastruktur layihəsi hesab olunur", - məlumatda qeyd olunur.