Bank Of Baku

ARDNŞ-da Argentinanın xarici işlər və etiqad naziri ilə görüş keçirilib

ARDNŞ-da Argentinanın xarici işlər və etiqad naziri ilə görüş keçirilib
# 03 iyul 2012 12:59 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şirkət rəhbərliyi ilə Argentina nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə ARDNŞ-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və bu inkişafda neft-qaz sənayesinin mühüm rol oynadığını deyib.

Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman güclü iqtisadi potensiala malik Azərbaycanla təmsil etdiyi ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib, Azərbaycanın qədim neft diyarı olduğunu bildiklərini və neft sənayesinin flaqmanı olan ARDNŞ-a gəlməkdən məmnunluğunu ifadə edib. Ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsində qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edən E.Nəsirov müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu vurğulayaraq, ölkəmizin demokratik ənənələrinin bu gün də davam və inkişaf etdirildiyini söyləyib. Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini, Xəzər dənizinin müxtəlif milli sektorlarında böyük neft-qaz yataqları kəşf etdiklərini diqqətə çatdıran E.Nəsirov Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra qısa müddətdə bu sahədə həyata keçirilən layihələr, şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sisteminin yaradıldığını qeyd edib. Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri çərçivəsində əldə olunmuş nailiyyətlər, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynadığı qeyd olunub, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman dolğun informasiyaya görə minnətdarlığını bildirərək, Azərbaycan və onun iqtisadiyyatı barədə məlumatların böyük maraq doğurduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR