Bank Of Baku

«Azərsu» elektron sayğaclar quraşdırmağa başlayıb - FOTO

«Azərsu» elektron sayğaclar quraşdırmağa başlayıb -<font color=red> FOTO</font>
# 03 iyul 2012 13:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərsu» ASC satılan suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılmasına başlayıb.

«Azərsu»nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, smart-kart tipli sayğacların quraşdırılmasına ilkin olaraq Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin xidmət göstərdiyi ərazilərdə qeyri-əhali qrupu abunəçilərindən başlanıb. İlkin mərhələdə paytaxtın Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarında müxtəlif diametrli su xətlərinə 1000-dən çox ön ödənişli sayğac quraşdırılıb. Növbəti mərhələdə, əhali qrupu üzrə su sərfi böyük olan ərazilərdə, xüsusilə həyət evlərində, smart-kart tipli sayğaclar quraşdırılacaq.

«Türkiyə istehsalı olan həmin sayğacların tətbiqi ilə ödəniş səviyyəsini 100%-ə çatdırmaq mümkün olacaq. İndi istismarda olan mexaniki sayğaclardan fərqli olaraq yeni sayğaclara müdaxilə etmək qeyri-mümkündür və belə hallar baş verərsə su təchizatı avtomatik dayanacaq», - deyə məlumatda bildirilir.

Əhali qrupu üzrə yeni sayğaclar pulsuz quraşdırılacaq: «Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması «Azərsu» ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur». Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə «Azərsu» ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR