Bank Of Baku

Neftin qiyməti mayın sonundan ilk dəfə olaraq 100 dolları keçib

Neftin qiyməti mayın sonundan ilk dəfə olaraq 100 dolları keçib
# 04 iyul 2012 07:24 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 3-də London “InterContinental Exchange” birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 3,34 dollar və ya 3,43% artaraq 100,68 dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, mayın 31-dən bəri neftin qiyməti ilk dəfədir 100 dollar həddini keçib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “Light Sweet” markalı neftin 1 barelinin qiyməti 3,91 dollar artaraq 87,66 dollara çatıb.

Ekspertlərin fikrincə, neftin qiymətindəki artım Avropa Birliyinin İrana qarşı sanksiyalarının qüvvəyə minməsi və Tehranın Hörmüz boğazını bağlamaq təhdidləri, eləcə də Norveç neftçilərinin tətil etməsi ilə bağlıdır. Sadalanan faktorlar hasilatın həcminə öz təsirini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR