Bank Of Baku

Hindistan İrandan neft alışına görə ödənişi avro ilə həyata keçirəcək

Hindistan İrandan neft alışına görə ödənişi avro ilə həyata keçirəcək
# 05 iyul 2012 14:32 (UTC +04:00)
Bakı – APA-Economics. Hindistan İrandan neft alışına görə ödənişi avro ilə həyata keçirəcək. “APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, Türkiyə bankı vasitəsilə aparılacaq ödənişlər zamanı bəzən rupidən də istifadə olunacaq.

Ödənişin avro ilə aparılmasına səbəb rupinin kursunun qeyri-sabit olmasıdır. ABŞ və Avropa Birliyinin İrana qarşı sanksiyaları isə Hindistan və Türkiyəyə şamil edilmir.

Hindistan tərəfi Mumbaidə İranın “Parsian Bank”ının şöbəsinin açılmasına icazə versəydi, neft alışına görə ödənişlər rupi ilə aparıla bilərdi. Amma rəsmi Dehli ABş-ın təzyiqləri səbəbindən bu addımı atmayıb.

Qeyd edək ki, hazırda Hindistan İrandan ildə 17 mln. ton neft alır və buna görə 10 mlrd. dollara yaxın vəsait ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR