Bank Of Baku

ARDNŞ-da «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzinin təqdimatı keçirilib

ARDNŞ-da «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzinin təqdimatı keçirilib
# 07 iyul 2012 08:57 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin, o cümlədən şirkətin İstehsalat Birliklərinin aparıcı mütəxəssislərinin iştirakı ilə «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzində görülmüş işlər və Almaniya mütəxəssisləri ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatı olub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyi, Dortmund Sənaye və Ticarət Palatası, habelə Azərbaycan-Almaniya İqtisadi İttifaqını təmsil edən qonaqlar iştirak edib.

Görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzi ilə bu qurum arasında yaranmış əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər olduğunu nəzərə çatdırıb.

Qeyd olunub ki, ARDNŞ və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində də perspektivli layihələr işlənib hazırlanaraq icrasına başlanılıb.

Tədbirdə qonaqlar «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzi ilə Avropa İttifaqı və digər ölkələrə nenotexnoloji sistemlərin işlənilməsi və satışının təşkil istiqamətində əməkdaşlıq imkanlarına da toxunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR