Bank Of Baku

İran Avropaya nefti özəl konsorsium vasitəsilə satacaq

İran Avropaya nefti özəl konsorsium vasitəsilə satacaq
# 09 iyul 2012 11:40 (UTC +04:00)
Bakı – APA-Economics. İran hökuməti Avropanı təmsil edən bir qrup neft şirkəti ilə özəl konsorsium vasitəsilə neft nəqli haqqında razılaşma əldə edib.

APA-Economics”in “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Neft-qaz və neft-kimya ixracatçıları Assosiasiyasının rəhbəri Həsən Xosroucerdi açıqlama verib.

Onun sözlərinə görə, bu mexanizm İrana gündə 400-500 min barel neft satmaq imkanı verəcək. Satılan neftin əksər hissəsi Avropa ölkələrinə ixrac olunacaq. Ümumilikdə İran ixrac etdiyi neftin 20%-ni konsorsium vasitəsilə reallaşdıracaq.

Sazişdə İran Milli Bankı, Neft-Qaz Sənayesi Nazirliyi və Neft-qaz və neft-kimya ixracatçıları Assosiasiyası iştirak edəcək.

Qeyd edək ki, bu il iyulun 1-dən İrana qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları qüvvəyə minib. Sanksiyalar İrandan neft alışına da qadağa qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR