Bank Of Baku

Norveç hökuməti neftçilərin tətilini dayandırıb

Norveç hökuməti neftçilərin tətilini dayandırıb
# 10 iyul 2012 11:21 (UTC +04:00)
Bakı - APA-Economics. Norveç hökuməti həmkarlar təşkilatları və neft sənayesinin nümayəndələri ilə məsləhətləşdikdən sonra neftçilərin bu gün başlamalı olan tətilini ləğv edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ölkənin əmək naziri Xanne Byurstrem açıqlama verib.

O, Norveçin həyati maraqlarını müdafiə etmək üçün bu addımı atdığını bildirib: “Seçim asan deyildi, amma mən bunu etməli oldum”.

Norveçdə fəaliyyət göstərən 7 min neftçinin yarıdan çoxunu özündə birləşdirən həmkarlar təşkilatının lideri Leyf Sande də jurnalistlərə tətilin başa çatdığını bəyan edib.

Qeyd edək ki, Norveçin neft sənayesi işçiləri iyun ayından bəri özləri üçün pensiya yaşının 65-dən 62-yə endirilməsini tələb edir. Qanunvericiliyə əsasən, Norveç hökuməti tətili dayandırmaq və işçiləri öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək hüququna malikdir. İldə orta hesabla 180 min dollar maaş alan və bu göstərici ilə digər ölkələrdəki həmkarlarını dəfələrlə geridə qoyan Norveç neftçilərinin etiraza qalxması bütün dünyada təəccüblə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR