Bank Of Baku

İran Milli Neft Şirkəti: “Xəzər dənizində 700 metr dərinlikdə neft tapılıb”

İran Milli Neft Şirkəti: “Xəzər dənizində 700 metr dərinlikdə neft tapılıb”
# 10 iyul 2012 13:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Xəzər dənizində 700 metr dərinlikdə neft tapıb”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran Milli Neft Şirkətinin rəhbəri Əhməd Kəlabani Xəzər dənizində neftin tapılması münasibətilə düzənlənmiş mərasimdə bildirib.

Onun sözlərinə görə, İranda ilk neft quyusu əcnəbilər tərəfindən qazılıb: “Ancaq Xəzər dənizindəki qazıntı işləri tamamilə yerli mütəxəssislər tərəfindən həyata keçirilib. İran Xəzər dənizində əcnəbilərdən kömək almadan neft yataqlarını kəşf edən tək ölkədir. Xəzər dənizində “Sərdar cəngəlliyi” hövzəsində neft ehtiyatlarının aşkarlanması İranın iftixarıdır. Xəzər dənizindəki bu yeni neft yatağında bir neft təbəqəsinin dəyəri 50 mlrd. dollardır”.

Ə.Kəlabani əlavə edib ki, İran Xəzər dənizindən sonra Oman dənizində də neft və təbii qaz yataqlarının aşkarlanması üçün kəşfiyyat işlərinə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR