Bank Of Baku

Təbii qazla təmin olunan abonentlərin sayı 1 420 527-yə çatıb

Təbii qazla təmin olunan abonentlərin sayı 1 420 527-yə çatıb
# 10 iyul 2012 14:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin iyul ayının 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 420 527-yə (o cümlədən 1 403 049 əhali, 17 478 qeyri-əhali abonenti) çatdırılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu abonentlərin 641 317-si Bakı şəhəri (632 068 əhali, 9 249 qeyri-əhali abonenti), 779 210-u isə regionların payına düşür (770 981 əhali, 8 229 qeyri-əhali).

Ümumilikdə 1 418 181 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 400 703-ü əhali (99,8%), 17 478-i qeyri-əhali (100%) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, Bakı şəhəri üzrə 630 680 əhali abonenti (99,8%), 9 249 qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 770 023 əhali abonenti (99,9%) və 8 229 qeyri-əhali abonenti (100%) olub.

Ümumilikdə Bakı şəhəri üzrə 639 929 abonent (99,8%), regionlar üzrə isə 778 252 abonent (99,9%) sayğaclaşdırılıb. Ötən müddətdə əhali kateqoriyasından olan abonentlərin mənzillərində 390 minə yaxın «smart-kart» tipli (GULF və İTRON) qaz sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR