Bank Of Baku

ARDNŞ-da İspaniya nümayəndə heyəti ilə görüş keçirilib

ARDNŞ-da İspaniya nümayəndə heyəti ilə görüş keçirilib
# 10 iyul 2012 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İspaniyanın xarici işlər üzrə dövlət katibi Gonzalo de Benito Secadesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanın enerji sektorunda son dövrdə qazanılmış nailiyyətlər haqda qonaqlara ətraflı məlumat verib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi irihəcmli mühüm layihələrdən söz açıb.

G.B.Secades İspaniyada ARDNŞ-ın həyata keçirdiyi neft-qaz əməliyyatlarını yaxından müşahidə etdiyini və yüksək dəyərləndirdiyini bildirib. Azərbaycanda xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli şərait yaradıldığını deyən qonaq ölkədə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən ispan şirkətləri haqqında məlumat verib.

G.B.Secades qeyd edib ki, İspaniya hökuməti bu ölkəni təmsil edən təcrübəli şirkətlərin ARDNŞ-ın ölkə daxilində və xaricdə həyata keçirməyə başladığı layihələrdə iştirak etməkdə maraqlıdır.

Azərbaycanda xarici investisiyaların təşviqi və qorunması sahəsində möhkəm hüquqi baza və zəngin təcrübə yarandığını qeyd edən R.Abdullayev ölkənin milli maraqlar və iqtisadi səmərəlilik prinsipi əsasında bütün ciddi şirkətlərlə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb və bildirib ki, İspaniya şirkətləri tərəfindən təqdim olunan təkliflər də diqqətlə nəzərdən keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR