Bank Of Baku

Keçmiş SSRİ ölkələrinin “Qazprom” şirkətinə borcu tarixi maksimuma çatıb

Keçmiş SSRİ ölkələrinin “Qazprom” şirkətinə borcu tarixi maksimuma çatıb
# 10 iyul 2012 15:29 (UTC +04:00)
Bakı – APA-Economics. Keçmiş SSRİ ölkələrinin Rusiyanın “Qazprom” şirkətinə olan ümumi borcu tarixi maksimuma çatıb.

APA-Economics”in “Vedomosti”yə istinadən xəbərinə görə, ötən il qonşu ölkələrin “Qazprom”a borcu 36% artaraq 6,4 mlrd. dollar təşkil edib.

Hesabat dövründə Rusiyanın qaz inhisarçısı bu ölkələrə 21 mlrd. dollar həcmində qaz ixrac edib. bu da o deməkdir ki, borclanma bu məbləğin 30%-ni təşkil edir.

Ötən il Rusiyadan ən çox qaz alan qonşu ölkə Ukrayna olub - 12,4 mlrd. dollar. Rəsmi Kiyevin qaza görə borcu bu məbləğin 18%-ni təşkil edib. Belarus 5,2 mlrd. dollar (borcu 18%), Moldova isə 1 mlrd. kubmetr qaz alıb. Maraqlıdır ki, Moldovanın qaza görə borcu 3 mlrd. dollara çatıb. Çünki borcun əsas hissəsi ölkənin separatçı bölgəsi olan Pridnestrovyenin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR