Bank Of Baku

“Çıraq Neft Layihəsi” çərçivəsində neft hasilatına 2013-cü ilin sonunda başlanacaq

“Çıraq Neft Layihəsi” çərçivəsində neft hasilatına 2013-cü ilin sonunda başlanacaq
# 11 iyul 2012 14:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Çıraq Neft Layihəsi” çərçivəsində işlərin 70%-i artıq görülüb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin “Azfen” istehsalat sahəsində görülən işlərlə tanışlığı zamanı bildirilib.

Layihə çərçivəsində “Çıraq” yatağında əlavə yeni platformanın qurulması və burada əlavə neft hasilatına başlanması nəzərdə tutulur. Ümumi dəyəri 6 mlrd. dollar təşkil edən “Çıraq” neft layihəsi çərçivəsində 360 mln. barel həcmində əlavə neft çıxarılacaq. Bu ilin sonunda “Çıraq” yatağında quraşdırılacaq platformanın dayaq bloku dənizdə nəzərdə tutulan yerdə, 2013-cü ilin aprelində isə platformanın üst hissəsi dənizə aparılaraq quraşdırılacaq. “Çıraq Neft Layihəsi” çərçivəsində neft hasilatına 2013-cü ilin sonunda başlanacaq. Platforma 48 quyudan eyni vaxtda neft hasil etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR