Bank Of Baku

ARDNŞ-ın Təqaüd Proqramı çərçivəsində təhsil alan tələbələr və gənc mütəxəssislərlə görüş keçirilib

ARDNŞ-ın Təqaüd Proqramı çərçivəsində təhsil alan tələbələr və gənc mütəxəssislərlə görüş keçirilib
# 13 iyul 2012 14:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ARDNŞ-ın Təqaüd Proqramı çərçivəsində xaricdə, Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr və həmin proqram çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislərlə görüş keçirilib.

APA-Economics”in xəbərinə görə, görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Təhsil, Gənclər və İdman nazirliklərinin yüksək vəzifəli nümayəndələri, ali məktəblərin rektor və prorektorları, şirkətin idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.

ARDNŞ prezidenti Rövnəq Abdullayev son illər prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışıb. O bildirib ki, ölkə başçısının tapşırığına əsasən, gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində mühüm işlər gedir. Şirkətdə həyata keçirilən layihələr barədə danışan ARDNŞ prezidenti gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, ARDNŞ 2006-cı ildən Təqaüd Proqramlarına start verib. ARDNŞ savadlı gənc mütəxəssislərin hazırlanması, kadr potensialının dünya təcrübəsinə yiyələnməsi məqsədi ilə gənclərin xaricdə təhsili üzrə Təqaüd Proqramını da həyata keçirir. İndiyədək bu proqrama 172 gənc cəlb edilib. Proqramın 84 iştirakçısı artıq təhsilini müvəffəqiyyətlə başa vuraraq vətənə qayıdıb və hazırda ARDNŞ-ın müxtəlif strukturlarında çalışırlar. Həmçinin Təqaüd Proqramlarının tərkib hissələrindən birini də Azərbaycanın ali məktəblərində neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə də ARDNŞ-ın aylıq təqaüdlərinin verilməsi təşkil edir. Son 3 ildə bu yolla 117 təqaüdçü ARDNŞ-da işə qəbul olunub.

Qeyd edək ki, görüşdə tələbə və məzunlar, gənc mütəxəssislər çıxış edərək, onları maraqlandıran məsələlər haqqında fikir və təkliflərini bildiriblər. Sonda ARDNŞ təqaüdünə layiq görülmüş tələbələrə plastik kartları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR