Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu qazır

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağında yeni quyu qazır
# 13 iyul 2012 15:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 10№-li özüldən 43№-li quyuda qazma işlərinə başlanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, layihə dərinliyi 3 500 metr olan quyu «Xəzər» Dənizdə Kəşfiyyat Qazma İdarəsi (keçmiş «Bayıl Limanı» DKQİ) tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 20 ton neft, 200 min kubmetr qaz hasil ediləcək.

Qeyd edək ki, quyuda istismar işləri 28 May adına NQÇİ tərəfindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR