Bank Of Baku

Hindistan İranın əvəzinə nefti Azərbaycandan alacaq

Hindistan İranın əvəzinə nefti Azərbaycandan alacaq
# 16 iyul 2012 16:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində bu ölkədən neft alınmasını məhdudlaşdıran Hindistan xam neftə olan tələbatını Azərbaycan nefti vasitəsilə ödəmək niyyətindədir.

«APA-Economics«in «Reuters»ə istinadən məlumatına görə, bu ölkənin «Manqalor neft emalı zavodu və neft-kimya məhsulları» (MRPL) şirkəti Azərbaycandan xam neft alınması ilə bağlı müqavilə imzalayıb.

Hindistan şirkəti İrana qarşı embarqo ilə əlaqədar yeni xam neft istehsalçıları axtarır. Bu barədə Hindistan sənayesindəki mənbə bildirib. Artıq Hindistan şirkəti Azərbaycan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə müqavilə imzalayıb. «Çatdırılmadakı problemlərlə əlaqədar MRPL şirkəti Azərbaycanla iki aylıq müqavilə bağlayıb, amma bu müqavilə lazım gəlsə, uzadıla bilər» - deyə mənbə bildirib.

Qeyd edək ki, Hindistanın ən böyük neft şirkəti olan «Indian Oil Corporation» bu il Azərbaycandan gündə 20 min barel həcmində «Azeri Light» nefti alıb. Yaxın günlərdə isə «Hindustan Petroleum» şirkəti ARDNŞ-dan gündə 10 min barel neft almağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR