Bank Of Baku

Almaniyanın “ThyssenKrupp” şirkətinin rəhbərliyi ARDNŞ-da olub

Almaniyanın “ThyssenKrupp” şirkətinin rəhbərliyi ARDNŞ-da olub
# 17 iyul 2012 08:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın “ThyssenKrupp” şirkətinin icraçı direktoru Heinrix Hiesingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə R.Abdullayev son illər Azərbaycandakı sosial-iqtisadi inkişaf, bu prosesdə neft-qaz sənayesinin və ARDNŞ-ın rolu barədə məlumat verib. ARDNŞ-ın qarşıdakı illərdə həyata keçirməyi planlaşdırdığı regional və qlobal enerji layihələrindən danışan şirkət prezidenti “Cənub qaz dəhlizi”nin əsasını təşkil edəcək Trans-Anadolu (TAP) qaz boru kəmərinin, yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin, habelə Sumqayıt Kimya Parkının inşası layihələrini xüsusilə vurğulayaraq bildirib ki, bu işlərə böyük yaradıcı qüvvə konsentrasiya olunmalıdır.

“ThyssenKrupp” şirkətinin icraçı direktoru doktor Heinrix Hiesinger Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayacağına ümid bəslədiyini söyləyib. Bakı ilə tanışlıqdan böyük təəssürat qazandığını qeyd edən qonaq Azərbaycanın postsovet məkanda sürətlə inkişaf edən ölkələrdən olduğunu, Almaniya xalqı və hökuməti tərəfindən müasir bir ölkə kimi qiymətləndirildiyini vurğulayıb. Təmsil etdiyi “ThyssenKrupp” şirkətinin dünyanın bir çox qabaqcıl ölkələrində sənayenin müxtəlif aparıcı sahələri - metallurgiya, poladtökmə, təyyarə və gəmiqayırma, lift və qaldırıcı qurğular, müxtəlif neft-kimya avadanlıqlarının istehsalı sahələri üzrə geniş fəaliyyət göstərdiyini nəzərə çatdıran H.Hiesinger bu gün onun böyük imkanlara, yeni texnologiyalara malik müasir mühəndislik kompaniyası olduğunu bildirib. Almaniyalı qonaq başçılıq etdiyi şirkətin ARDNŞ ilə əməkdaşlıq imkanları axtardığını bildirib: «Bu mənada şirkətinizin yaxın dövr üçün planlaşdırdığı layihələr bizim üçün böyük maraq kəsb edir”.

Azərbaycanda xarici investisiyaların təşviqi və qorunması sahəsində möhkəm hüquqi baza və zəngin təcrübə yarandığını qeyd edən ARDNŞ prezidenti Azərbaycanın milli maraqlar və iqtisadi səmərəlilik prinsipi əsasında bütün ciddi şirkətlərlə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib və bildirib ki, “ThyssenKrupp” şirkəti tərəfindən təkliflər təqdim olunarsa, diqqətlə nəzərdən keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR