MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
17 iyul 2012 14:29 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.
“APA-Economics”in xəbərinə görə, MHŞT üzrə QHT Koalisiyası MHŞT üzrə 16-cı hesabat (2011-ci il üzrə) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlayıb.
Hökumətin hesabatı, MHŞT üzrə QHT Koalisiyası və Müstəqil Mühasiblərin Rəyinin daxil olduğu yeni hesabat da iclas iştirakçılarına təqdim edilib. İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunub.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. MHŞT prosesinə 2003-cü ildə qoşulan Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.

Sənaye və energetika
Azərbaycan Gürcüstanla birgə “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə diqqəti artırır
17:21
15 may 2024
Ölkədə əhalinin avtomobil yanacağına xərcləri 7%-dək artıb
12:49
15 may 2024
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbi üzrə proqnozunu endirib
12:28
15 may 2024
Azərbaycan apreldə “OPEC+” kvotasından 71 min barel geri qalıb - PROQNOZ
12:24
15 may 2024