İlk yarımildə Azərbaycanda sənaye istehsalı 3% azalıb
19 iyul 2012 13:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda 17 mlrd. 537,7 mln. manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən illə müqayisədə 3% azdır.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin dövlət sektorunda istehsal 0,8% artsa da, qeyri-dövlət sektorunda 3,8%-lik azalma baş verib.
Azalmanın əsas səbəbi mədənçıxarma sənayesində - neft hasilatında müşahidə olunan azalmadır. İlk 6 ayda bu sahədə 5,4% enmə, emal sənayesində isə 13,6% artım müşahidə edilib. İlk 6 ayda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 4,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalında isə 4,8% artım baş verib.