Bank Of Baku

«Azərikimya»da əmək veteranları və işdə fərqlənən neftçilər mükafatlandırılıb - FOTO

«Azərikimya»da əmək veteranları və işdə fərqlənən neftçilər mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 12:09 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin akt zalında bütün müəssisə və idarə nümayəndələrinin iştirakı ilə Neftçilər günü münasibətilə geniş tədbir keçirilib.

İB-dən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə «Azərikimya»nın Müşahidə Şurasının sədri Muxtar Babayev və digər çıxış edənlər Heydər Əliyevin neft strategiyasının ölkəmiz üçün və beynəlxalq əhəmiyyətindən danışıb, Neftçilər gününün öz başlanğıcını 1994-cü ilin 20 sentyabrından - «Əsrin müqaviləsi»nin imzalandığı tarixi gündən götürdüyünü xüsusi olaraq vurğulayıblar.

Qeyd olunub ki, neft strategiyasının həyata keçirilməsinin, ölkə neftçilərinin fədakar əməyinin bəhrəsi olaraq son illərdə yalnız neft sektorunda deyil, həm də qeyri-neft sektorunda böyük nailiyyətlər əldə olunub.

Tədbirdə birliyin Etilen-polietilen, Üzvi sintez, Mexaniki-təmir zavodlarının, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idarələrinin uzun illər neft-kimya istehsalatında fədakarlıqla çalışaraq böyük əmək nailiyyətləri qazandıqlarına, neft-kimya sənayesinin inkişafına mühüm töhfələr verdiklərinə görə «Əmək veteranı» adına layiq görülmüş 21 nəfər veteran kimyaçı qiymətli hədiyyələrlə təltif ediliblər. İB-in 5 qabaqcıl işçisi ARDNŞ-ın, 26 nəfər isə «Azərikimya»nın fəxri fərmanlarına layiq görülüb, onların hər birinə pul mükafatları təqdim edilib. Etilen-polietilen zavodunun növbə rəisi Elşən Hüseynov isə «İlin ən yaxşı kimyaçısı» nominasiyası üzrə qalib elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR