Bank Of Baku

Bakıda “Neft və təsviri sənət” albomunun təqdimatı keçirilib

Bakıda “Neft və təsviri sənət” albomunun təqdimatı keçirilib
# 20 sentyabr 2012 15:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakı Biznes Mərkəzində 20 sentyabr - Neftçilərin peşə bayramı münasibətilə “Neft və təsviri sənət” albomunun təqdimatı keçirilib.

APA-Economics”İn xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Statoil Absheron” şirkətinin birgə layihəsi olan kitabda Azərbaycanın neft tarixinin bütün mərhələlərindən söhbət açılır.

Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, rəssamların əsərlərindən tərtib olunmuş kitab-albom Azərbaycan neftçilərinin zəngin neft tarixindəki rolunu və əməyini tərənnüm edir. Kitabda Azərbaycan neft tarixinin bütün mərhələləri əhatə olunub. Burada XIX əsrdən indiyədək dünya rəssamlarının Azərbaycan nefti mövzusunda yaratdıqları əsərlər yer alıb. ARDNŞ prezidenti neft mövzusu ilə əlaqədar mədəni layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR