Bank Of Baku

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb - FOTO

«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 15:51 (UTC +04:00)
Bakı - APA-Economics. «İki sahil» qəzeti 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb.

APA-Economics”in xəbərinə görə, 184 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 18 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlarının birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişindən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması xüsusi buraxılışın ana xəttini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR