Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb
# 24 sentyabr 2012 13:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il sentyabrın 1-nə müsbət 15,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks avqustun əvvəlində mənfi 2,9%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının aylıq dinamikasını əks etdirir. İndeksin müsbət olması anbarlarda mal ehtiyatlarının artmasını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2012-ci il sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 301,6 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu isə avqustun 1-nə nisbətən 39,7 mln. manat çoxdur.

Sənaye mal ehtiyatlarının artması ilk növbədə sənaye istehsalının artması ilə bağlı olur, lakin avqust ayında ehtiyatların artması digər səbəbə gör baş verib. Belə ki, avqustda sənaye sahəsində məhsul istehsalının həcmi 2,748 mlrd. manat, iyulda isə 2,749 mlrd. manata bərabər olub. Beləliklə, mal ehtiyatlarının artması məhsul istehsalının artması ilə deyil, istehsalçıların mal təchizatının azalması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR