“Azəriqaz” istehlakçıları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır
Şirkətdən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, dəm qazı (kimyəvi işarəsi - CO) natamam yanma prosesində əmələ gələn rəngsiz, iysiz, dadsız, havadan yüngül, yanar qazdır. Onunla nəfəs aldıqda qanın hemoqlobini ilə birləşib nəfəsalmanı çətinləşdirir və kəskin zəhərlənməyə səbəb olur.
Mütəxəssislər dəm qazını “sakit qatil” adlandırırlar. Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin təxminən 40%-i yeni təmir olunan, qapıları və nəfəslikləri plastik-paket tipli hazırlanaraq kip bağlanan, havadəyişmə üçün yer saxlanılmayan hamam otaqlarında baş verir. Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq, hamam otaqlarının qapılarında havadəyişmə üçün 0,02 kvadrat metr sahədə dəlik və yaxud jalüz olmalıdır ki, otaqdan işlənmiş hava və ona qatışıq olan dəm qazının tam şəkildə çölə çıxması təmin edilsin. Otağa təmiz havanın daxil olmasına imkan yaradılmadıqda, yanma prosesi də natamam olur və qazın tərkibində olan maddələrin (ammiak, sian birləşmələri, hidrogen-sulfid və s.) bir qismi otaqda qalır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır.
Baş verən hadisələrin 25%-i hamam otaqlarında tüstü bacalarının olmaması ilə bağlıdır. Tikinti layihəsində nəzərdə tutulmayan su qızdırıcılarının tüstüsü vətəndaşlar tərəfindən tüstü bacası əvəzinə havadəyişmə (ventilyasiya) kanallarına və mərtəbələrarası şaxtalara çıxarılır. Həmin kanallar və şaxtalar isə tüstünü xaric etməkdən ötrü quraşdırılmadığı üçün bunun öhdəsindən gələ bilmir.
Qeyd edək ki, təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetr, hündürlüyü isə 2,5 metrdən az olmamalıdır. Hamam otaqlarında baş vermiş hadisələrin 15%-i vətəndaşlar tərəfindən istifadə olunan su qızdırıcılarının nasaz və yaxud tamam yararsız vəziyyətdə istismar olunması ilə bilavasitə bağlıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman otaq mütləq müstəqil havadəyişmə sistemi, tüstü bacası, eləcə də nəfəslik ilə təchiz olunmalıdır. Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq üçün əlçatan yerdə quraşdırılmalıdır. Düz axımlı su qızdırıcısının qaz xəttində 1 ədəd, tutumlu su qızdırıcısının qaz xəttində isə 2 ədəd qaz kranı olmalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə çəkilməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq “Azəriqaz” İB bir daha istehlakçıları “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə ciddi riayət etməyə çağırır.
Xəbər Lenti
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb, yaşayış binaları dağılıb - YENİLƏNİB-1
Pentaqon Ukraynanın süni intellektlə idarə olunan dron sürüsü texnologiyasında maraqlıdır
Zelenski İrlandiyaya "Drone Deal" müdafiə sazişi təklif edib
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
DÇ-2026: ABŞ millisi 1/8 final mərhələsinə vəsiqə qazanıb
Reuters: Ərbil yaxınlığında İran müxalifətinin düşərgəsinə PUA hücumu olub
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
NYT: ABŞ Venesuela müxalifət lideri Maçadonun ölkəyə qayıtmasına dəstək verməyib
DÇ-2026: Belçika 1/8 final mərhələsinə yüksəlib
Tramp: Kuba ABŞ-a doğru irəliləyir
ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlarda irəliləyiş əldə olunub
Fransanın cənubunda meşə yanğını səbəbindən 2 200 nəfər təxliyə edilib
Tramp: Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcəyik
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Hörmüz boğazı ilə gündəlik neft daşımaları 10 milyon barreli ötüb
Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötüb
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Bakı–Quba yolunda ağır qəza baş verib, ölən və yaralananlar var
ABŞ Meksika və Kanada ilə ticarət sazişini uzatmaqdan imtina edib
Samuxda avtomobillə çaya düşən hərbçi boğulub - YENİLƏNİB-1
İsrail Qəzzada HAMAS-ın bölük komandirinin öldürüldüyünü açıqlayıb
DÇ-2026: İngiltərə 1/8 final mərhələsinə yüksəlib
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
Vens ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini istisna etməyib
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
Bakıda ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi qeyd olunub - FOTO
Qəribabadi: Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib
Samir Şərifov: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələdir
Hikmət Hacıyev Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin fotosunu paylaşıb
Emi Karlon: Azərbaycan və ABŞ bu gün daha əlaqəli, daha firavan və daha təhlükəsiz gələcək naminə birlikdə çalışmağa davam edir - FOTO
Lyayen: Ermənistana elektrik kabelinin çəkilməsi ilə bağlı təklifinizi də yüksək qiymətləndiririk
Ursula Fon der Lyayen: Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır
Avropa Komissiyasının Prezidenti: Regionda sülhün təşviqinə yönəlmiş yeni 20 milyon avroluq proqramı elan edəcəyik
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
Ursula Fon der Lyayen: Avropa İttifaqı-Azərbaycan əlaqələndirmə tərəfdaşlığının yaradılmasını təklif edirik
Ursula Fon der Lyayen Prezident İlham Əliyevə: Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirdiniz
Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq
Ursula Fon der Lyayen: Bu gün bura Aİ-Azəbaycan tərəfdaşlığını daha da dərinləşdirmək üçün gəlmişəm
Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübut edib
Prezident İlham Əliyev: Bərpa olunan enerji sahəsində də Avropa Komissiyası ilə strateji tərəfdaşa çevrilə bilərik
Dövlət başçısı: Azərbaycan ərazisindən bütün istiqamətlər üzrə daşınan yüklərin həcmi artmaqdadır
Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır
Azərbaycan Prezidenti: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında faktiki olaraq sülh təmin edilib
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
“Bank of Baku”dan növbəti aksiya: sahilyanı ərazilər təmizlənib