Bank Of Baku

«Azərikimya»da Belarus nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

«Azərikimya»da Belarus nümayəndə heyəti ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 30 oktyabr 2012 14:44 (UTC +04:00)
Bakı – APA-Economics. «Azərikimya» İstehsalat Birliyində (İB) Belarus baş nazirinin birinci müavini Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

İB-dən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin son illər bütün istiqamətlərdə daha da genişləndiyi xüsusi qeyd edilib.

Belarus nümayəndə heyətinin rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin bu ilin avqustunda Minskə rəsmi səfəri zamanı Belarus prezidenti Aleksandr Lukaşenko ilə işgüzar görüşlərinin iki ölkənin xalqları arasında dostluq münasibətlərinin və iqtisadi-mədəni əlaqələrin güclənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, Minsk görüşünün nəticəsi olaraq Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti yığıncağında hər iki ölkənin neft-kimya sənayesi sahəsində əməkdaşlığın təşkili və genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.

«Azərikimya» İB-də keçirilən geniş tərkibli görüşdə birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara Azərbaycanın neft-kimya sənayesinin yaradılması tarixi və inkişaf perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı haqqında geniş məlumat verib. Neft-kimya məhsullarının qarşılıqlı mübadiləsi və idxal-ixrac həcminin artırılması, Azərbaycanın neft-kimya üzrə yeni layihələrinin reallaşmasında, həmçinin yeni yaradılmış «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nın istehsalat sahələrinin genişləndirilməsində Belarus investorlarının və mütəxəssislərinin iştirakı, qarşılıqlı təcrübə mübadiləsi və s. də görüşün əsas müzakirə mövzusu olub.

Tərəflər neft-kimya sahəsində elmi-texniki və investisiya əməkdaşlığı ilə də bağlı işgüzar müzakirə aparıblar. Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsi və konkret tədbirlərin həyata keçirilməsinə başlanılması məqsədilə «Azərikimya» İB-in nümayəndə heyətinin noyabr ayında Belarusa işgüzar səfərinin təşkili barədə razılıq əldə edilib. Səfər çərçivəsində Azərbaycan tərəfinin Belarusun neft-kimya kompleksi və Mogilyovda yaradılmış Azad İqtisadi Zona ilə tanışlığı da nəzərdə tutulub.

Görüşdə «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nın direktoru Mehman Ağayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR