Bank Of Baku

Sənaye və Energetika Nazirliyində müşavirə keçirilib

Sənaye və Energetika Nazirliyində müşavirə keçirilib
# 03 noyabr 2012 16:38 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Sənaye və Energetika Nazirliyində «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrasına dair müşavirə keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, toplantıda çıxış edən sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov və aparat rəhbəri Rasim Məmmədov bu məqsədlə görülən işlər, əldə olunmuş nəticələr və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat veriblər.

Nazirlikdən bildirilib ki, Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrasını təmin etmək üçün İş Planı hazırlanıb və Nazirliyin strukturuna daxil olan qurumlara sənəddə nəzərdə tutulanların icrasının təmin edilməsi tapşırılıb.

İş Planına əsasən, qurumda informasiya əldə edilməsi asanlaşdırılmalıdır. Milli Fəaliyyət Planı Nazirliyin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsini əks etdirir. Bu məqsədlə nəzərdə tutulan işlər sırasında Nazirliyin öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi, 2012-2015-ci illər ərzində illik məruzələrin tərtib edilməsi və internet səhifələrində açıqlanması, ildə bir dəfə qurumun illik hesabatların hazırlanması və rəsmi veb-saytda yerləşdirilməsi, mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR