Bank Of Baku

Yunanıstanın DEPA qaz şirkətinin alınmasına real olaraq yalnız Rusiya və Azərbaycan şirkətləri maraq göstərir

Yunanıstanın DEPA qaz şirkətinin alınmasına real olaraq yalnız Rusiya və Azərbaycan şirkətləri maraq göstərir
# 06 noyabr 2012 13:46 (UTC +04:00)
«APA-Economics»in RBC-ya istinadən xəbər verdiyi kimi, İtaliyanın ENI, Fransanın «Edison», İspaniyanın «Gas Natural» və «Enagas» şirkətləri isə DEPA-nın alınmasında maraqlı olmadıqlarını bildirib.

Qeyd edək ki, hazırda DEPA-nın səhmlərinin 65%-i Yunanıstan hökumətinə, 35%-i isə «Hellenic Petroleum» şirkətinə məxsusdur.

Noyabrın 6-da şirkətin alınması üçün ilkin müraciətlərin müddəti başa çatıb. Gözlənilir ki, Yunanıstan hökuməti alıcını 2013-cü ilin yanvarında seçəcək. Xatırladaq ki, aprel ayında müvafiq tenderdə iştirak üçün müxtəlif ölkələrdən 14 şirkət buraxılıb.

İlkin məlumatlara əsasən, Yunanıstan hökuməti DEPA-nın satılmasından 2 mlrd. avro həcmində gəlir əldə etmək niyyətindədir. Şirkət Yunanıstanda qazın alınması, ticarəti və pərakəndə tədarükü ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR